XƏBƏRLƏR
MƏLUMAT
“Kamera musiqisi axşamı” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/11/2025 09:43

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində “Kamera musiqisi axşamı” adlı konsert keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert proqramında klassik musiqi irsinin iki möhtəşəm nümunəsi - L.V.Bethovenin 4 saylı simli kvarteti (c-moll, op.18) və C.Franckın D-dur simli kvarteti səslənib.

Qeyd edək ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir.

Simli kvartetin tərkibi Nəzrin Aslanlı (I violin), Xəyalə Abdullayeva (II violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi dəyərli ifaçılardan ibarətdir.

Baxış sayı: 29