XƏBƏRLƏR
MƏLUMAT
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin şəhər üzrə yekun turu keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/11/2025 10:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şeir  müsabiqəsinin şəhər üzrə yekun turu keçirilib.

Müsabiqədə Bakı şəhərinin 11 rayonu üzrə keçirilən seçimdə  fərqlənən məktəblilər iştirak ediblər. İştirakçıların çıxışları seçdikləri əsərlərin mətni, ifadə tərzlərinin obrazlılığı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirilib və hər bir iştirakçı Münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.

Münsiflər  heyətinin ümumi qərarına əsasən Sabunçu  rayon MKS-nin oxucusu Quliyev Nihad Rövşən oğlu, Binəqədi rayon MKS-nin oxucusu Nəbizadə Ruqiyyəxanım Fərrux qızı I yer, Səbail rayon MKS-nin oxucusu Cəfərova Səlma Elton qızı II yer, Yasamal rayon MKS-nin oxucusu Baxşıyeva Fatimə Cəlal qızı III yerə layiq görülüblər.

Qeyd edək ki, təltifolunma mərasimində qaliblərə Diplom və hədiyyələr, digər iştirakçılara isə Baş İdarənin Fəxri Fərmanı təqdim olunacaq.

 

Baxış sayı: 30