XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzləri üzrə xüsusi müsabiqənin müsahibə mərhələsi elan edilir
ÜMÜMİ XƏBƏRLƏR
17/11/2025 10:50

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində keçirilmiş attestasiyanın nəticələrinə əsasən 3 əleyhinə, 2 lehinə göstərici ilə qiymətləndirilmiş namizədlər üçün təşkil olunan xüsusi müsabiqənin test mərhələsini uğurla keçmiş şəxslər növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyat 17-22 noyabr tarixlərində “MyCulture” vahid şəxsi kabineti üzərindən aparılır.

Baxış sayı: 16