XƏBƏRLƏR
MƏLUMAT
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” tədbiri keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
19/11/2025 09:36

5-11 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” tədbiri keçiriləcək.

Tədbir, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən və digər ölkələrdən minlərlə yaradıcı insanı, mədəniyyət sahəsinin rəhbərlərini, dizaynerləri, kino nümayəndələrini və yenilikçi gəncləri bir araya gətirəcək.

Baxış sayı: 15