XƏBƏRLƏR
MƏLUMAT
Bədii Özfəaliyyət Kollektivlərinin təltifolunma mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/11/2025 16:41

Noyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Bədii Özfəaliyyət Kollektivlərinin təltifolunma mərasimi keçirilib.

Müsabiqədə Baş İdarənin şəbəkəsinə daxil olan mədəniyyət evləri və klubların özfəaliyyət kollektivləri iştirak ediblər.

Çıxışlar münsiflər heyəti tərəfindən nominasiyalar üzrə 10 bal sistemi ilə qiymətləndirilib.

“Vokal ifaçılıq” nominasiyası üzrə:

I yer-İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Ailə” folklor xalq ansamblı, Müşfiqabad qəsəbə Mədəniyyət evinin “Aidə” xalq kollektivi;

II yer-A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin “Xudafərin” xalq kollektivi, H.Abbasov adına Mədəniyyət Mərkəzinin “İstedad” xalq çalğı alətləri ansamblı;

III yer-İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Şəlalə” xalq çalğı alətləri, xalq ansamblı, R.Axundov adına Mədəniyyət evinin “Xəzər” xalq çalğı alətləri ansamblı;

“İnstrumental ifaçılıq” nominasiyası üzrə:

I yer-Şağan qəsəbə Mədəniyyət Mərkəzinin “Bakının ulduzları” çalğı alətləri ansamblı;

II yer-H.Abbasov adına Mədəniyyət Mərkəzinin “Odlar yurdu” nağaraçılar ansamblı;

“Rəqs böyüklər” nominasiyası üzrə:

I yer-Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs ansamblı;

II yer-Mərdəkan Mədəniyyət Sarayının “Azad” rəqs ansamblı;

III yer-Mərdəkan Mədəniyyət Sarayının “Lalələr” rəqs ansamblı;

“Rəqs balacalar” nominasiyası üzrə:

I yer-İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Könül” xalq rəqs ansamblı;

II yer-Şüvəlan qəsəbə Mədəniyyət evinin “Məşəl” rəqs kollektivi;

III yer-V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin “Ada” rəqs ansamblı;

Sonda təltifolunma mərasimində qaliblərə Baş İdarə tərəfindən  Diplom təqdim olunub.

Baxış sayı: 299