
Mayın 4-də Heydər Əliyev Mərkəzində “Caz günü” adlı konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzin Auditorium zalının səhnəsinə əvvəlcə trio - tanınmış pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev (piano), Ruslan Hüseynov (bas gitara) və Elvin Bəşirov (zərb aləti) çıxıblar.
Konsertin davamında trionun müşayiəti ilə Xalq artistləri Ənvər Sadıqov (qarmon), Tünzalə Ağayeva (vokal), Əməkdar artistlər Ceyla Seyidova (skripka), Sevda Ələkbərzadə (vokal), həmçinin Elnur Mikayılovun (kamança) ifasında caz kompozisiyaları təqdim olunub.
Məşhur pianoçu və bəstəkar Ruslan Ağababayev AZƏRTAC-a müsahibəsində yenidən öz doğma ölkəsində olmasından məmnunluğunu bildirib. O deyib: “Çox fərqli və rəngarəng proqramla çıxış etdik. Bu gün bizimlə burada eyni səhnədə tanınmış ifaçılar yer aldı. Doğma Azərbaycanda mənim çox konsertim olub, keçən il Beynəlxalq Muğam Mərkəzində də konsert vermişəm. Bu isə Heydər Əliyev Mərkəzində sayca ikinci konsertimdir. Bu möhtəşəm səhnədə ilk konsertim 2019-cu ildə olmuşdu”.
Qeyd edək ki, dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir. Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərinin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdır.
Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir. Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre Caz Festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.




- 09:21 Bişkekdə Azərbaycanın Müstəqillik Günü münasibətilə kitab sərgisi təşkil edilib
- 09:15 Azərbaycan nümayəndə heyəti Səmərqənddə keçirilən 2025-ci ilin İslam Dünyasının Mədəniyyət Paytaxtı Açılış Mərasimində iştirak edib
- 22:01 28 May -Müstəqillik Gününə həsr edilmiş bayram konserti keçirilib
- 21:39 Tanınmış müğənni Sevda Yahyayeva ilə görüş keçirilib
- 19:03 28 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 16:47 “Müstəqillik - qürur tarixidir” mövzusunda tədbir keçirilib
- 16:30 “28 May-Şanlı tariximiz” adlı mühazirə keçirilib
- 16:03 “Vətənlə döyünən ürək” adlı tədbir keçirilib
- 15:53 “Mən, Lalə, bir də Şerlok Holms” serialının yaradıcı və aktyor heyəti ilə görüş keçirilib
- 15:28 Kitabxana 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib
- 14:33 “Barokko musiqisi” adlı tədbir keçirilib
- 14:13 Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edilib
- 12:21 Azərbaycan nümayəndə heyəti Çexov adına Beynəlxalq Teatr Festivalında fəxri qonaq olub
- 12:03 37 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:14 Müstəqillik Gününə həsr olunmuş konfrans-ekskursiya
- 09:51 Azərbaycan Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim edilib
- 09:14 Tacikistan və Özbəkistanın mədəniyyət xadimləri birgə opera üzərində işə başlayıblar
- 16:15 “Azərbaycanım” beynəlxalq rəsm festivalı təşkil olunub
- 14:28 “Şanlı tariximiz – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 14:25 TRT radiosunda 28 May - Müstəqillik Gününə həsr olunan proqram yayımlanıb
- 12:30 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edib
- 12:14 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin sinif konserti keçirilib
- 12:07 Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə “Kitab həftəsi”ndə iştirak edib
- 12:05 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
- 11:56 “Azərbaycan rəssamlığında Toğrul Nərimanbəyovun yeri və önəmi” adlı mühazirə keçiriləcək
- 10:31 Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 111 ili tamam olur
- 09:50 “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi Ankarada!
- 09:23 Praqada Azərbaycan mədəniyyəti axşamı formatında növbəti sərgi açılıb
- 09:19 Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 17:09 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir
- 16:40 “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub
- 15:26 Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir
- 12:42 Tanınmış şair Vaqif Bəhmənliyə həsr olunmuş elektron məlumat baza hazırlanıb
- 12:08 Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbi hesabat konserti keçirib
- 12:02 Azərbaycan Milli Kitabxanasının 102 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 11:30 Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi davam edir
- 11:17 Əməkdar mədəniyyət işçisi Fikrət Sadığın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 09:23 Moskvada “İRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:14 Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub
- 17:15 Niderlandda “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” mövzusunda xalça sərgisi açılıb
- 15:02 Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində uğurla təqdim olunub
- 14:25 “Ulduz”lu may
- 12:05 Milli Kitabxanada “Professor Nizami Tağısoy” adlı kitab sərgisi açılıb
- 11:40 36 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:19 Bu gün Xalq Artisti Aqşin Əlizadənin anadan olmasının 88 ili tamam olur
- 10:15 Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 107 ili tamam olur
- 10:07 "Qara Qarayevin işığında" adlı konsert keçirilib
- 09:43 33 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:19 Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti keçirilib
- 09:15 Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
- 17:08 Tacikistan Milli Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 17:07 “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 15:29 Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin kitablarının təqdimatı olacaq
- 15:18 Azərbaycan Astanada keçirilən forumda muzey eksponatlarının konservasiyası təcrübəsini bölüşür
- 14:20 Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
- 13:10 24 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 12:09 Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb
- 11:35 Milli Kitabxanada tanınmış şair Vaqif Bəhmənlinin 70 illik yubileyi münasibətilə kitab sərgisi açılıb
- 11:32 “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlimlər davam edir
- 09:26 Özbəkistanın Fərqanə vilayətində Üzeyir Hacıbəylinin 140 illiyi ilə əlaqədar konsert təşkil edilib