XƏBƏRLƏR
MƏLUMAT
"Heydər Əliyev - Ata yolu" adlı film nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2025 15:08

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev - Ata yolu" adlı filmin nümayişi olub.

Tədbirdə "Ulu Öndərdən Müzəffər Liderə: Heydər Əliyev və İlham Əliyevin Dövlətçilik Yolu" mövzusunda mühazirə dinlənilib.

Daha sonra şagirdlərə "Heydər Əliyev - Ata yolu" filmi haqqında məlumat verilib. Bildirilib ki, film Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, onun Azərbaycan dövlətçiliyinə və xalqına olan xidmətlərini əks etdirir.

Filmin nümayişi, şagirdlərə Azərbaycanın dövlətçilik yolunun əhəmiyyətini və liderlərin əvəzsiz töhfələrini bir daha anlamağa imkan verib.

Baxış sayı: 40