
Üzeyir Hacıbəylinin milli musiqi sənətimizin bütün dünyada özünü təsdiq etməsində əməyi böyükdür. Azərbaycan professional musiqisini zirvələrə qaldırıb, orada yerini əbədi edib Üzeyir bəy. Bu zirvədə həm onun özü dayanır, həm də musiqimiz.
Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaradan dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirib, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib. Üzeyir Hacıbəyli həm də böyük musiqişünas alim olub. O, müasir Azərbaycan musiqişünaslıq elminin əsasını qoyub, musiqiyə dair çoxlu məqalələr yazıb, tədqiqatlar aparıb.
Müsəlman Şərqində ilk operetta da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.
Bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər. Komediyalarının mətnini də Üzeyir bəy özü yazıb.
1910-cu ildə Üzeyir Hacıbəyli "Ər və arvad"dan sonra ikinci operettası - "O olmasın, bu olsun"u yazıb. İlk tamaşa 1911-ci il aprelin 25-də Bakıda, Mayılov qardaşlarının teatrında olub. Əsərin musiqi partiyası ənənəvi xalq mahnı-rəqs havalarına əsaslanan orijinal parodiya üzərində qurulub. "Uzundərə" lirik xalq rəqsinin bir qədər dəyişdirilən melodiyasından istifadə olunub və Məşədi İbadın ilkin xarakteristikasını verən "Mən nə qədər, nə qədər qoca olsam da" mahnısı bu yöndəmsiz, çirkin tacirin ifasında ifrat mübaliğəli səslənib. Əsərin sonuncu pərdəsində təkrarlanan bu mahnı Məşədi İbadın mənəvi məğlubiyyətini göstərib. Sonralar "O olmasın, bu olsun" musiqili komediyası müxtəlif dillərə tərcümə olunaraq Qafqazyanı ölkələrdə, eləcə də Türkiyədə, Bolqarıstanda, Yəməndə və digər məmləkətlərdə tamaşaya qoyulub.
Üzeyir Hacıbəylinin üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. "Arşın mal alan" musiqili komediyasında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapıb. 1911-ci ildə Üzeyir bəy musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada Filarmonik Cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxuyub. Peterburq dövrü Üzeyir Hacıbəylinin yaradıcılığında mühüm rol oynayıb, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaradıb. Üzeyir Hacıbəylinin yazdığı bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammafon valına yazılıb.
Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığında musiqinin bütün janrlarına rast gəlirik. Bu məsələyə geniş münasibət bildirməzdən öncə qeyd edək ki, Azərbaycan Xalq Cumhuriyyətinin dövlət himninin musiqi müəllifi də Üzeyir bəy olub. Bu gün də həmin himn müstəqil Azərbaycan dövlətinin himnidir.
Onun 1919-cu ildə Əhməd Cavadın sözlərinə bəstələdiyi "Azərbaycan", sözləri də özünə məxsus olan "Milli marş",1930-cu ildə yazdığı "Himn" (sözləri Üzeyir Hacıbəyli).
Nizaminin qəzəl dühası Üzeyir Hacıbəyli üçün yeni bir ilham mənbəyi olub. Nizami qəzəllərinin dərin mənası bu qəzəllərə layiq musiqi əsərləri yaratmağı tələb edib. "Sənsiz", "Sevgili canan" kimi qəzəl incilərinə layiq musiqi əsərləri yaradan böyük sənətkarımız Üzeyir Hacıbəyli olub. Nizami dühasına Üzeyir musiqisinin əlavə olunması təkrarolunmaz romansların yaradılmasına səbəb olub.
Üzeyir Hacıbəylinin ən çox müraciət etdiyi şairlərdən biri Əhməd Cavad olub. Bu gün də dillər əzbəri olan "Çırpınırdı Qara dəniz" mahnısını 1918-ci ildə şairin sözlərinə bəstələyib.
Üzeyir Hacıbəyli milli mədəniyyətimizin, ictimai fikrimizin formalaşmasında önəmli roluna, çəkdiyi zəhmətə görə hər zaman xalq tərəfindən minnətdarlıqla anılıb. Öz dövründə də xalq məhəbbətini hiss edib. Dövlət də onun əməyini qiymətsiz qoymayıb. Əlbəttə, Üzeyir bəyin xalqa xidməti təmənnasız olub və onun bir məqsədi olub. Onun tək istəyi xalqı cəhalətdən, xurafatdan ayırıb onu maarifləndirmək, yüksək bilik, intellekt sahibi etmək, zəngin musiqi mədəniyyətinə sahib olduğunu təlqin etmək olub.
Üzeyir Hacıbəyli 1935-ci ildə “SSRİ-nin Əməkdar incəsənət xadimi”, 1937-ci ildə “Azərbaycan SSR-nin Xalq artisti”, 1938-ci ildə “SSRİ-nin Xalq artisti” fəxri adlarına, 1941-ci ildə "Koroğlu" operasına görə II dərəcəli Stalin mükafatına, 1946-cı ildə "Arşın mal alan" operettasına görə II dərəcəli Stalin mükafatına layiq görülüb, 1938-ci ildə “Lenin” ordeni, 1945-ci ildə isə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib.
- 09:21 Bişkekdə Azərbaycanın Müstəqillik Günü münasibətilə kitab sərgisi təşkil edilib
- 09:15 Azərbaycan nümayəndə heyəti Səmərqənddə keçirilən 2025-ci ilin İslam Dünyasının Mədəniyyət Paytaxtı Açılış Mərasimində iştirak edib
- 22:01 28 May -Müstəqillik Gününə həsr edilmiş bayram konserti keçirilib
- 21:39 Tanınmış müğənni Sevda Yahyayeva ilə görüş keçirilib
- 19:03 28 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 16:47 “Müstəqillik - qürur tarixidir” mövzusunda tədbir keçirilib
- 16:30 “28 May-Şanlı tariximiz” adlı mühazirə keçirilib
- 16:03 “Vətənlə döyünən ürək” adlı tədbir keçirilib
- 15:53 “Mən, Lalə, bir də Şerlok Holms” serialının yaradıcı və aktyor heyəti ilə görüş keçirilib
- 15:28 Kitabxana 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib
- 14:33 “Barokko musiqisi” adlı tədbir keçirilib
- 14:13 Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edilib
- 12:21 Azərbaycan nümayəndə heyəti Çexov adına Beynəlxalq Teatr Festivalında fəxri qonaq olub
- 12:03 37 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:14 Müstəqillik Gününə həsr olunmuş konfrans-ekskursiya
- 09:51 Azərbaycan Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim edilib
- 09:14 Tacikistan və Özbəkistanın mədəniyyət xadimləri birgə opera üzərində işə başlayıblar
- 16:15 “Azərbaycanım” beynəlxalq rəsm festivalı təşkil olunub
- 14:28 “Şanlı tariximiz – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 14:25 TRT radiosunda 28 May - Müstəqillik Gününə həsr olunan proqram yayımlanıb
- 12:30 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edib
- 12:14 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin sinif konserti keçirilib
- 12:07 Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə “Kitab həftəsi”ndə iştirak edib
- 12:05 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
- 11:56 “Azərbaycan rəssamlığında Toğrul Nərimanbəyovun yeri və önəmi” adlı mühazirə keçiriləcək
- 10:31 Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 111 ili tamam olur
- 09:50 “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi Ankarada!
- 09:23 Praqada Azərbaycan mədəniyyəti axşamı formatında növbəti sərgi açılıb
- 09:19 Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 17:09 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir
- 16:40 “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub
- 15:26 Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir
- 12:42 Tanınmış şair Vaqif Bəhmənliyə həsr olunmuş elektron məlumat baza hazırlanıb
- 12:08 Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbi hesabat konserti keçirib
- 12:02 Azərbaycan Milli Kitabxanasının 102 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 11:30 Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi davam edir
- 11:17 Əməkdar mədəniyyət işçisi Fikrət Sadığın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 09:23 Moskvada “İRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:14 Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub
- 17:15 Niderlandda “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” mövzusunda xalça sərgisi açılıb
- 15:02 Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində uğurla təqdim olunub
- 14:25 “Ulduz”lu may
- 12:05 Milli Kitabxanada “Professor Nizami Tağısoy” adlı kitab sərgisi açılıb
- 11:40 36 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:19 Bu gün Xalq Artisti Aqşin Əlizadənin anadan olmasının 88 ili tamam olur
- 10:15 Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 107 ili tamam olur
- 10:07 "Qara Qarayevin işığında" adlı konsert keçirilib
- 09:43 33 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:19 Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti keçirilib
- 09:15 Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
- 17:08 Tacikistan Milli Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 17:07 “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 15:29 Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin kitablarının təqdimatı olacaq
- 15:18 Azərbaycan Astanada keçirilən forumda muzey eksponatlarının konservasiyası təcrübəsini bölüşür
- 14:20 Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
- 13:10 24 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 12:09 Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb
- 11:35 Milli Kitabxanada tanınmış şair Vaqif Bəhmənlinin 70 illik yubileyi münasibətilə kitab sərgisi açılıb
- 11:32 “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlimlər davam edir
- 09:26 Özbəkistanın Fərqanə vilayətində Üzeyir Hacıbəylinin 140 illiyi ilə əlaqədar konsert təşkil edilib