
Martın 2-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi münasibətilə hazırlanmış “Əbədiyyət yolçusu” albom-kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, albom-kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında" 31 yanvar 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq hazırlanıb.
Nəşrin tərtibçisi, “Ön söz” müəllifi və redaktoru Mustafa Çəmənli, ideya müəllifi isə "Təhsil Nəşriyyatı-Poliqrafiya" müəssisəsinin direktoru Tural Axundov, nəşriyyat redaktoru Gülər Ələkbərqızıdır.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Əbdürrəhim bəy Haqverdiyevin bütün yaradıcılığı ilə tanınmağa layiq bir ədib olduğunu söyləyib. Bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra görkəmli ədibin vətəni, doğulduğu yerlər işğaldan azad olundu. Şübhəsiz, bu onun ruhunu şad etdi.
Qeyd edib ki, “Təhsil” nəşriyyatında çap olunan albom-kitaba Əbdürrəhim bəy Haqverdiyev haqqında dövri-mətbuatda çap olunmuş məqalələr, xatirələr, həyatının müxtəlif anlarını əks etdirən şəkillər, kitablarına çəkilmiş illüstrasiyalar, səhnə əsərləri və hekayələri əsasında hazırlanmış televiziya və teatr tamaşalarından, bədii filmlərdən fraqmentlər toplanıb.
Yeni nəşrin ədibin xatirəsinə bir hədiyyə olduğunu deyən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, dəyərli nəşrdə Haqverdiyevin gözəl hekayələrindən başqa, teatr ənənələrinə həsr etdiyi bir məqaləsi də yer alıb: “Haqverdiyev bir ədib kini çoxşaxəli bir insan idi. O, diplomatik sahədə yazılarla da çıxış edib”.
Diplomat, ədəbiyyatşünas alim Vilayət Quliyev yeni nəşr üzərində zəhmət çəkib, arxiv materialları toplayıb, kitabı nəşr edənlərə təşəkkürünü bildirib.
Ədibin həyat və yaradıcılığından danışan V.Quliyev bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlayıb. M.F.Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazıb. Sankt-Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyil və həvəsi daha da artıb. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" və "Dağılan tifaq" əsərlərini yazıb.
1899-cu ildə Azərbaycana qayıdan Ə.Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda, bədii yaradıcılığını da davam etdirib. "Bəxtsiz cavan" və "Pəri-cadu" faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib: “Haqverdiyev bədii əsərlərlə kifayətlənməmiş, diplomatiya sahəsində də çalışmışdı. Prezidentin ədibin 150 illiyi ilə bağlı müvafiq Sərəncamından sonra onun “Uca dağ başında” hekayəsi macar dilinə tərcümə olunub. Bu yaxınlarda macar rejissoru Əbdürrəhim bəy Haqverdiyev haqqında film çəkmək istədiyi bildirib. Bu onu göstərir ki, Haqverdiyevin yaradıcılığı dünya üçün maraqlıdır”.
Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva deyib: “Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığı bizim üçün doğma və əzizdir. Görkəmli ədib Molla Nəsrəddinçilərdən biri olub. Haqverdiyev böyük Azərbaycan ziyalısıdır və hər şeydən əvvəl vətənpərvərdir. Onun milli vətənpərvərlik ruhunda yazdığı əsərlərdə Qarabağ abı-havası duyulur. O, səyahətnamə janrının “Molla Nəsrəddin” jurnalına gətirən ədibdir. Məhz bundan sonra dövrün bütün qüsurları “Molla Nəsrəddin” jurnalında öz əksini tapdı”.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, yazıçı-dramaturq Əli Əmirli, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı, Əməkdar jurnalist Tahir Aydınoğlu və başqaları çıxış edərək bildiriblər ki, ədibin yazıları bu gün də aktualdır, günümüzlə səsləşir.
Natiqlər kitabın hazırlanmasında böyük zəhməti keçən Mustafa Çəmənliyə təşəkkürlərini bildiriblər.
Bütün iştirakçılara minnətdarlığını bildirən Mustafa Çəmənli deyib ki, görkəmli şəxsiyyətlər haqqında kitab tərtib etmək olduqca məsuliyyətli işdir. Çalışdım ki, bu yeni albom-kitab böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə töhfə olsun.





- 17:18 Daşkənddə Azərbaycan ilə Özbəkistan arasında kitabxana, tərcümə və nəşr sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
- 15:36 Bu gün Əməkdar artist Fatma Mehrəliyevanın anadan olmasının 99 ili tamam olur
- 14:39 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində hesabat konserti keçirilib
- 14:34 Berlində Türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
- 14:32 Əlyazmalar İnstitutunda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 10:12 “Müasir Azərbaycan Dövlətçiliyi” mövzusunda açıq dərs keçirilib
- 09:56 Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
- 09:38 Laçında Uşaq İncəsənət Festivalının xüsusi zonası qurulub
- 09:35 Laçının Seyrəngah adlanan ərazisində “Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi açılıb
- 09:22 “MDB-nin mədəniyyət paytaxtı ili" çərçivəsində Laçında qala konsert olub
- 16:39 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirilib
- 15:29 Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib
- 15:17 “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” adlı mühazirə keçirilib
- 15:13 “Səma” rəqs ansamblı “Hər birimiz bir çiçək” adlı konsert proqramı ilə çıxış edib
- 12:05 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
- 11:39 “İstedad sərhədsizdir” adlı tədbir keçirilib
- 11:18 Əməkdar jurnalist, şair Qulu Ağsəs ilə görüş keçirilib
- 10:45 Şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib
- 10:23 "Pişiyin evi" adlı kukla tamaşası təqdim edilib
- 10:19 “Hərəmiz bir çiçək” adlı tədbir keçirilib
- 10:13 "Uşaqlar dünyanın sevincidir" adlı tədbir keçirilib
- 10:04 Bakı Uşaq və Gənclər Teatrı Balakən rayonunda qastrol səfərində olub
- 09:41 “Caz-Ritmin Sehrində” adlı hesabat konserti keçirilib
- 09:09 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı olacaq
- 15:31 Azərbaycan milli geyimi Parisdə nümayiş olunub
- 15:29 Azərbaycanda çəkilən ilk cizgi serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatı olub
- 14:32 Xalq artsti Məmmədbağır Bağırzadənin 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
- 11:00 Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi çərçivəsində virtual kitab sərgisi hazırlanıb
- 09:24 Uşaqların bayramı təntənəli şəkildə qeyd olunub
- 14:38 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 12:29 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert keçirilib
- 11:08 “Uşaqlar həmişə sevinsin” adlı bayram konserti keçirilib
- 17:31 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı keçiriləcək
- 17:22 31 May – Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş sərgi keçirilib
- 17:09 Mədəniyyət naziri Adil Kərimli Göygöldə vətəndaşları qəbul edəcək
- 17:02 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib
- 16:52 “İnsan Hüquqları Aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib
- 14:58 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib
- 14:51 Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə növbəti konsert
- 14:15 Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 12:51 Şəhid və qazi övladları üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
- 12:40 17 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:51 Beynəlxalq Muğam Mərkəzində Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib
- 10:55 Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasında əməkdaşlıq genişlənir
- 10:37 "Qalib xalqın müstəqilliyi" adlı ədəbi-bədii gecə keçirilib
- 09:59 Mirzə Ələkbər Sabirin anadan olmasının 163 ili tamam olur
- 09:11 Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 17:13 "Kitabın məzmununu müəllif, yaşını oxucu müəyyənləşdirir" adlı təlim keçirilib
- 15:44 Azərbaycan Tbilisidə təşkil olunan kitab sərgisində təmsil olunur
- 15:41 28 May – Müstəqillik Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
- 14:37 Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq
- 11:42 “Vəfa” tamaşasının premyerası olub
- 11:11 Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 09:21 Bişkekdə Azərbaycanın Müstəqillik Günü münasibətilə kitab sərgisi təşkil edilib
- 09:15 Azərbaycan nümayəndə heyəti Səmərqənddə keçirilən 2025-ci ilin İslam Dünyasının Mədəniyyət Paytaxtı Açılış Mərasimində iştirak edib
- 22:01 28 May -Müstəqillik Gününə həsr edilmiş bayram konserti keçirilib
- 21:39 Tanınmış müğənni Sevda Yahyayeva ilə görüş keçirilib
- 19:03 28 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 16:47 “Müstəqillik - qürur tarixidir” mövzusunda tədbir keçirilib
- 16:30 “28 May-Şanlı tariximiz” adlı mühazirə keçirilib