XƏBƏRLƏR
MƏLUMAT
Ceyms Barrinin "Piter Pen" əsəri haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
03/03/2022 05:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Fəridə Alnağıyeva Şotlandiyalı dramaturq və nasir Ceyms Barrinin "Piter Pen" əsəri haqqında videoçarx hazırlayıb.

"Piter Pen” romantik nağıl-povestdir. Bu əsəri dünyada əksər uşaqlar və yaşlı adamlar oxuyub.

Əsərdə baş qəhrəman kimi təsvir olunan, heç vaxt böyümək istəməyən Piter Pen adi uşaqlar kimi əylənməyi sevən, olduqca nadinc, həm də böyüklər kimi qürurlu, intiqamçı və döyüşkən, eyni zamanda uçmağı bacaran biridir. Kimsəsiz uşaqları himayə edir və onları dəniz quldurlarından, əzazil kapitan Qarmaqdan qoruyub azadlığa çıxarır.

Videoçarxa aşağıdakı keçidə daxil olaraq baxa bilərsiniz:

https://www.instagram.com/tv/Cam3gzuuXI0/?utm_source=ig_web_copy_link

Baxış sayı: 350