XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Qarabağ qazisi Kamil Musavinin 32 yaşı tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
06/07/2022 05:27

Kamil İbadət oğlu Musavi 6 iyul 1990-cı ildə Qazax rayonunda anadan olub. O, Firdovsi Umudovun dəvəti ilə sərbəst güləş üzrə Azərbaycan yığma komandasına cəlb edilib, bir sıra qələbələrə imza atıb. Xeyli müddət yığma komandada olduqdan sonra hərbçi olmaq qərarını verib.

Özü bu haqda deyir ki, Firdovsi Umudov bizi orda sadəcə idmançı kimi yox, həm də əsgər kimi yetişdirib. Xüsusən də bayraq qaldırmaq mərasimləri sanki məni hərbi sahəyə doğru itələyib və belə də olub”.

8 avqust 2008-ci il tarixində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2012-ci ildə məktəbi leytenant hərbi rütbəsi alaraq bitirib.

2012-ci ildən 2013-cü ilə kimi təlim-tədris mərkəzində ixtisasartırma kursu keçib. 2013-cü ildən Tərtər rayon “N” saylı hərbi hissəyə xidmətə göndərilib. Hərbi hissədə nünunəvi xidmətlərinə görə digər hərbi hissəyə, bir pillə yuxarıya - kəşfiyyat taboruna kəşfiyyat qrup komandiri vəzifəsinə dəyişdirilib.

Kəşfiyyat qrupunun komandiri vəzifəsini icra edən Kamil Musavi 2015-ci il oktyabr ayının 12-də gecə saat 23:46-da Talışkənd istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman bir gözü və ayağından yaralanıb.

Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı olan Musavi “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal, “Vətən naminə” medalı və “General Həzi Aslanov” medalları ilə təltif edilib.

Baxış sayı: 370