XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Sənubər İsgəndərlinin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
25/10/2023 09:21

Sənubər Sabir qızı İsgəndərli 25 oktyabr 1960-cı ildə  Bakıda doğulub.

1990-cı ildə   M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

Sənubər İsgəndərova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olaraq Həlimə xanım ("Qətl günü" Y. Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı" R. Əlizadə), Leyli ("Leyli və Məcnun" M. Füzuli), Fərizə ("Şəhidlər" R. Səməndər), Bahar ("Kimdir müqəssir" Ə.Haqverdiyev), Tomris ("Yeddi məhbusə" Ə. Əmirli), Müğəni qız ("Laləli düzən" R. Əlizadə), Qonaq ("Qurbanəli bəy" C. Məmmədquluzadə), Yelena ("Yay gecəsində yuxu" V.Şekspir, Qız (S.Stratiyev "Çarəsiz sərnişinlər") Aqrippina (Xubai"Neron oynayır") və s. rollarını oynayıb.

1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində Siyan Şi ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), İcraçı ("Şah Edip" Sofokl), Burla Xatun ("Burla xatun" N.Xəzri), Nisə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov), Ulduz ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı), Aysel ("Cəzasız günah" B.Vahabzadə), Gertruda ("Hamlet" V.Şekspir), Firəngiz və Fransuaza ("Brüsseldən məktublar" H.Həsənov), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı), falçı ("Mesenat" Ə.Əmirli), Klara Veşer ("Yaşli xanimin gəlişi", F.Durrenmatt), məşuqə ("Generalın son əmri", Vaqif Səmədoğlu), Qadın ("21-15 qatari" T.Orbay), Sveta ("Sinif yoldaşları"Y.Polyakov), Lal Byuz (C.Məmmədquluzade "Dəli yığıncağı") rollarını ifa edib.

Sənubər İsgəndərova "Şöhrət və ya unudulan adam" (Qadın), "Qurbanəli bəy" (Xanım), "Yaşıl eynəkli adam" (Jalə), "Şirin çay" (Aktrisa),"Bəyaz gecələr" (Nastya), "Qu quşunun məhəbbəti" (Gülər), "Fatehlərin divani" (Olcay Türkan Xatun) teletamaşalarına və "Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (İsmayılın arvadı), "Təsədüfi görüş" (Tamara xanım), "Leyli və Məcnun" (Leylinin anası)  və s. filmlərinə çəkilib. Xəzər TV-də yayımlanan "Qayınana" serialında Afət xanım, "Ataocağı" serialında Zəminə rolunu ifa edib.

Sənubər İsgəndərli 2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Prezident mükafatçısıdır. 2016-cı ildə Azərbaycan mədəniyyəti və incəsənətinə, həmçinin kino yaradıcılığı sahəsinə verdiyi töhfələrə görə Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyi tərəfindən "İlin işgüzar xanımı" mükafatı ilə təltif edilib. Həmçinin "Qızıl Dərviş" mükafatına da layiq görülüb. 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.

Baxış sayı: 305