XƏBƏRLƏR
MƏLUMAT
“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2025 10:16

Mayın 7 -də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində “Kontitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirdə rəsmilər, elm adamları, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Mərkəzin foyesində “Ümummilli Liderin ideyaları işığında Suveren Azərbaycan” adlı rəsm sərgisi ilə tanış olublar.

Daha sonra tədbir iştirakçıları muzey bölməsində Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxışçılar tədbirin əhəmiyyətindən və Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılmasındakı əvəzolunmaz rolundan bəhs ediblər. Bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub, şeirlər səsləndirilib, rəqslər təqdim edilib.

Baxış sayı: 52