XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış İtalyan pianoçu ilə ustad dərsi
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2025 10:16

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyi və Üzeyir Hacıbəylinin ev-muzeyinin dəstəyi ilə uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano ixtisası üzrə ustad dərsi keçiriləcək.

Görkəmli Azərbaycan bəstəkarı, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunmuş ustad dərsi, cari ilin 16 may tarixində Üzeyir bəyin ev-muzeyində İtaliyanın tanınmış yapon əsilli pianoçusu Elena Chiavegato tərəfindən aparılacaq.

Ustad dərsinin əsas məqsədi incəsənət təhsili səviyyəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin müəllim və şagirdlərin peşəkar inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin artırılmasından ibarətdir.

 

Baxış sayı: 21