XƏBƏRLƏR
MƏLUMAT
"Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında peşəkar və milli kadrların yetişməsində xidmətləri" adlı mühazirə dinlənilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2025 15:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan” layihəsi çərçivəsində “Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında peşəkar və milli kadrların yetişməsində xidmətləri” adlı mühazirə dinlənilib.

Mühazirədə Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllim və şagird kolektivi iştirak ediblər.

Mühazirədə qeyd edilib ki, Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında peşəkar və milli kadrların yetişməsində xidmətləri böyük və çoxşaxəli olub. Ulu Öndər milli kadrların vətənpərvərlik ruhunda yetişdirilməsinə də xüsusi önəm verib. O, dövlətə sədaqətli, xalqına xidmət etməyə hazır olan əməkdaşların formalaşdırılmasını əsas məqsəd kimi qarşıya qoyub. Nəticə olaraq, Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında fəaliyyəti Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bir sahədə həm milli, həm də peşəkar kadr potensialının formalaşmasına səbəb olub.

Mühazirə diskussiya şəklində başa çatıb. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

 

Baxış sayı: 188