XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Venesiyada ilk dəfə iştirak etdiyi Beynəlxalq Arxitektura Biennalesindən reportaj
ÜMÜMİ XƏBƏRLƏR
12/05/2025 09:23

Xəbər verdiyimiz kimi, Azərbaycan Venesiyada keçirilən Beynəlxalq Arxitektura Biennalesində debüt edib. XIX Arxitektura Biennalesində ölkəmiz “Tarazlıq. Azərbaycanın motivləri” adlı pavilyonla təmsil olunur.

AZƏRTAC xəbər verir ki, budəfəki Arxitektura Biennalesi iqlim dəyişikliklərinə diqqəti artırmaq məqsədi daşıyır. Həmçinin memarlığın təbii, süni və kollektiv zəka vasitəsilə dəyişən dünyaya uyğunlaşmasını araşdırmağa çağırır.

Azərbaycan sərgidə “Yenidənqurma. İnnovasiya. Qorunma” başlığı ilə üç memarlıq nümunəsini – Bakı Ağ Şəhər, Zəfər parkı və Zəngilan məscidi layihələrini təqdim edir. Pavilyonda XII əsrdə yaşayıb yaradan Naxçıvan memarlıq məktəbinin banisi, dünyaşöhrətli memar Əcəmi Naxçıvani haqqında da məlumatlar təqdim olunur.

Sərgi noyabrın 23-dək davam edəcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Venesiya

Baxış sayı: 22