XƏBƏRLƏR
MƏLUMAT
Bu gün dramaturq Hikmət Ziyanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2025 09:45

Əməkdar incəsənət xadimi, tanınmış şair, təmsil ustası, tərcüməçi, publisist, dramaturq Hikmət Ziyanın anadan olmasının 96 ili tamam olur.

Hikmət Ziya Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. “Azərbaycan pioneri” qəzetində, “Göyərçin” jurnalı redaksiyasında çalışıb. İlk şeiri “Qeqola” olub. İlk satirik şeirləri, “Atamın hədiyyəsi”, “Bahar gözəldir, ya qış?”, “Milçək ürəyi” kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunub. “Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulub. Librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib.

Əməkdar incəsənət xadimi Hikmət Ziya 1995-ci ildə vəfat edib.

Baxış sayı: 21