XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 99 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2025 14:15

Bu gün Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 99 ili tamam olur.

Cəbrayıl Əzimov Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. 1953-cü ildən ömrünün axırınadək “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi çalışıb.

O, “Görüş”, “Leyli və Məcnun”, “Sehirli xalat”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qızmar günəş altında”, “Qanun naminə” kimi filmlərin quruluşçu rəssamı olub.

Cəbrayıl Əzimov 1969-cu ildə vəfat edib.

Baxış sayı: 142