
İftixarla barəsində söz açmaq istədiyimiz böyük pedaqoq, görkəmli təhsil qurucusu, filosof, yazıçı-dramaturq Ağarəhim Nüsrət oğlu Rəhimov Azərbaycan cəmiyyətinin sayılıb-seçilən isimlərindəndir. Əvvəldən qeyd edim ki, sadə, kasıb bir ailədə dünyaya göz açan Ağarəhimin ömür yolu heç də axar-baxarlı olmayıb. Onun kimliyini bilmək üçün özünün sevə-sevə qələmə aldığı “Yaddaşda yaşar xatirələr” romanını oxumaq kifayətdir. Əslində bu əsər onun yazıçı taleyinin başlanğıcıdır.
Ağarəhim Rəhimov mətin, həssas, ağı qaradan seçməyi bacaran, əxlaqi-mənəvi dəyərləndirməni özünün daxili tələbatına çevirən sənətkardır. İctimai həyatın mahiyyətinə varan, ziddiyyətləri, konfliktləri əvvəlcədən düzgün proqnozlaşdıran filosofdur. Onun bədii-etik düşüncələri oxucuya çox şey verir. Atasının çox erkən dünyadan köçməsi, kiçik bacı-qardaşlarını böyüdüb ərsəyə çatdırması, onları müstəqil, həm də sağlam həyata hazırlaması ömür kitabının acılı-şirinli səhifələrindəndir. Ağarəhim müəllim həyatın qaydasız oyunları ilə qaydalar çərçivəsində oynamağı bacaran təmkinli, tədbirli və yetkin ağıl sahiblərindən, həyatın hər növbəti sınağının hardan gələcəyini bilməsə də, onları dəf etməyə hər an hazır olan müdrik ziylıdır.
Yazıçı, dramaturq Ağarəhim Rəhimov 1948-ci ilin oktyabrın 26-da Ucar rayonunun Boyat kəndində dünyaya göz açıb. Çox kiçik yaşlarından əzab-əziyyət görüb, çətinlik görüb. Boynuna düşən yük ağır olsa da, mətin böyüyüb, mərd böyüyüb. Heç kəsə əyilməyib! Qəddini, qamətini düz tutmağı bacarıb. Onun fikrincə, əyilməklə sürünməyin arasında çox az məsafə var. Əyilməyə vərdiş edənlər, sürünməyi də qəbahət sanmırlar. O çətin günləri özü belə xatırlayır: “Elmi-Tədqiqat Pedaqoji Elmlər İnsitutunda işləyirdim, az bir əmək haqqı ilə həm kirayə pulu verməli, həm də ailəni dolandırmalı idim. Xeyir-şərdən də qalmaq olmazdı… Sanki, mənlə həyat arasında mübarizə gedirdi. Ya sınmalı, məhv olmalı, ya da mübarizə aparıb qalib gəlməli idim”.
Ağarəhim Rəhimov dəyərli tədqiqatları ilə elmi ictimaiyyət içərisində dərin nüfuz qazanan, sanballı pedaqoq alimlərdəndir. Fundamental tədqiqatları ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. 49 monoqrafiya, dərslik, dərs vəsaiti, kitab və kitabçası, 300-dən artıq qəzet və jurnal məqaləsi işıq üzü görüb. Çoxsaylı hekayə və miniatür mətnlər, 12 povest, 14 roman, 29 pyes, 12 kinossenari, 4 fəlsəfi esse, 21 portret əsəri oxuculara təqdim olunub. Ədibin bədii əsərlərindən 10-u ingilis, 4-ü rus, 1-i ərəb dilinə tərcümə edilib. Ədəbi-bədii yaradıcılığı haqqında ədəbiyyat mütəxəssisləri tərəfindən 23 adda kitab yazılıb. Barəsində 3 sənədli televiziya filmi çəkilib.
Ağarəhim Rəhimov elmlər doktoru olandan, professor elmi adı alandan, zəngin həyat təcrübəsi qazanandan sonra bədii yaradıcılığa gəlməsinin nəticəsidir ki, əsərlərinin keyfiyyəti, obrazlara aydın baxışı oxucu xarakterini formalaşdırma baxımından geniş imkanlar açır. O, öz yazılarında elmi, fəlsəfi və bədii düşüncə tərzinin sintezini ustalıqla qovuşdura bilib. Onun ilk iki adda ssenarisi əsasında “Canavar balası” və “Qırmızı qar” filmləri çəkilib. Bunun ardınca “Əsgər anası”, “Pul hərisləri”, “Cinayət və etiraf” pyesləri öz uğurlu səhnə həllini tapıb.
Ağarəhim Rəhimov içi dolu, fikri və düşüncəsi azad, amalı və məsləki saf olan bir yazar, həyatını bütünlüklə gənc nəslin inkişafı və təlim-tərbiyəsinə həsr edən bir pedoqoqdur. Onun insanlarda görmək istədiyi, ədalət, xeyirxahlıq, mənəvi saflıq, ruhun gözəlliyi, ləyaqət, şərəf, insanın özünə hörmət hissinin olmasıdır. Yazıçı arzuladıqlarını, insanlarda görmək istədiklərini, cəmiyyətdə bəzən tapa bilmədiklərini bədii əsərlərində, yaratdığı obrazların mahiyyətində verir. Onun “Qoşa qanad” romanında İlham Elvüsal, “Səfalət”də Asiman, “Məhəbbət və cinayət”də Şəlalə obrazları oxucunun ruhuna qida verməklə, onun yaşam eşqini artırır. Ağarəhim zahirdən batilə, hadisədən mahiyyətə, konkret olaylardan dərin ümumiləşdirmələrə can atan sənətkardır. Onun əsərlərində səthilikdən zənginliyə, nəzəriyyədən təcrübəyə, primitivlikdən mürəkkəbliyə, formadan məzmuna, səbəbdən nəticəyə keçid səhnələri ilə tez-tez qarşılaşırıq.
Ağarəhimin yaradıcılığı ilə tanış olarkən, ilk növbədə yurdunu, vətənini ilahi bir eşqlə sevən, millətinin dərdinə için-için yanan, qıvrılan, sevincinə sevinən, uğuruna uşaq saflığı ilə qürurlanan bir azərbaycanlını, xalqının, millətinin dərdini özünə yük edən bir yazıçının, vətənin azadlığı və bütövlüyü uğrunda canını fəda etməyə hazır olan bir vətənpərvərin, nəhayət, özünə hörmət qoymağı bacaran olduqca ləyaqətli bir kişisinin obrazını görürsən. Onun “Metior parçası” əsərində yaratdığı Mürsəl, “Tənha çinarın pıçıltıları”nda Saleh, “Cinayət və etiraf”da İqrar, “Kabus”da Ayaz, “Qasırğa”da Rəşid oxucuya Vətən sevgisi sərgiləyən obrazlardır.
Bədii yaradıcılığa avtobioqrafik əsər hesab olunan “Yaddaşda yaşar xatirələr” romanı ilə başlasa da, onun əksər əsərlərinin mövzusunu, əsasən xalqımızın başına gətirilən müsibətlərin bədii-fəlsəfi təsviri təşkil edir. Onun “Canavar balası”, “Qırmızı qar”, “Əsgər anası”, “Xəyanət”, “Haray”, “Uçurum” pyesləri, “Gəlinqayada qoşa məzar”, “Ulu kəndim”, “Metior parçası” povestlərində, “Qoşa qanad”, “İkili dünyam”, “Ovlaq keçidi”, “Səfalət”, “Qasırğa” romanlarında məzmun və forma, fəlsəfi, estetik, sosioloji, siyasi pedoqoji-pisxoloji durumlar fərqli olsalar da, mövzu, ideya yaxınlıqları vardır. Qarabağ dərdi, Qarabağ acısı, Qarabağ yanğısı. Həmin əsərlərdə hadisələrin təsviri o qədər real, orijinal, özünəməxsus verilib ki, adam birbaşa özünü cərəyan edən hadisələrin iştirakçısı sanır, prosseslərin içində axtarır.
Elmimizə və təhsilimizə öz layiqli töhfəsini verən, saflığı ilə mənəvi dünyamızın simvolu sayıla biləcək qədər təmiz və şəffaf ada sahib olan Bakı Qızlar Universitetinin yaradıcısı və qurucusu olması da, onun mənəvi dünyası ilə əməli fəaliyyətinin bir-birini tamamladığının göstəricisi kimi dəyərləndirilə bilər.
Böyük alim, böyük filosof, tanınmış ictimai xadim, yazıçı-dramaturq Ağarəhim Rəhimovun ömür kitabını vərəqlədikcə, qeyri-ixtiyari olaraq göz önündə qartal kimi zirvədə dayanmağı, ağsaqal kimi başda oturmağı bacaran müdrik və ləyaqət simvolu olan bir obraz yaranır. Əslində isə bu obraz deyil, həmin obrazları yaratmış olan insanın özüdür. Ömrünüz uzun, qələminiz iti olsun, əziz Ağarəhim müəllim!
Qafar Cəbiyev, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix elmləri doktoru
- 17:31 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı keçiriləcək
- 17:22 31 May – Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş sərgi keçirilib
- 17:09 Mədəniyyət naziri Adil Kərimli Göygöldə vətəndaşları qəbul edəcək
- 17:02 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib
- 16:52 “İnsan Hüquqları Aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib
- 14:58 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib
- 14:51 Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə növbəti konsert
- 14:15 Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 12:51 Şəhid və qazi övladları üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
- 12:40 17 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:51 Beynəlxalq Muğam Mərkəzində Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib
- 10:55 Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasında əməkdaşlıq genişlənir
- 10:37 "Qalib xalqın müstəqilliyi" adlı ədəbi-bədii gecə keçirilib
- 09:59 Mirzə Ələkbər Sabirin anadan olmasının 163 ili tamam olur
- 09:11 Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 17:13 "Kitabın məzmununu müəllif, yaşını oxucu müəyyənləşdirir" adlı təlim keçirilib
- 15:44 Azərbaycan Tbilisidə təşkil olunan kitab sərgisində təmsil olunur
- 15:41 28 May – Müstəqillik Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
- 14:37 Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq
- 11:42 “Vəfa” tamaşasının premyerası olub
- 11:11 Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 09:21 Bişkekdə Azərbaycanın Müstəqillik Günü münasibətilə kitab sərgisi təşkil edilib
- 09:15 Azərbaycan nümayəndə heyəti Səmərqənddə keçirilən 2025-ci ilin İslam Dünyasının Mədəniyyət Paytaxtı Açılış Mərasimində iştirak edib
- 22:01 28 May -Müstəqillik Gününə həsr edilmiş bayram konserti keçirilib
- 21:39 Tanınmış müğənni Sevda Yahyayeva ilə görüş keçirilib
- 19:03 28 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 16:47 “Müstəqillik - qürur tarixidir” mövzusunda tədbir keçirilib
- 16:30 “28 May-Şanlı tariximiz” adlı mühazirə keçirilib
- 16:03 “Vətənlə döyünən ürək” adlı tədbir keçirilib
- 15:53 “Mən, Lalə, bir də Şerlok Holms” serialının yaradıcı və aktyor heyəti ilə görüş keçirilib
- 15:28 Kitabxana 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib
- 14:33 “Barokko musiqisi” adlı tədbir keçirilib
- 14:13 Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edilib
- 12:21 Azərbaycan nümayəndə heyəti Çexov adına Beynəlxalq Teatr Festivalında fəxri qonaq olub
- 12:03 37 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:14 Müstəqillik Gününə həsr olunmuş konfrans-ekskursiya
- 09:51 Azərbaycan Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim edilib
- 09:14 Tacikistan və Özbəkistanın mədəniyyət xadimləri birgə opera üzərində işə başlayıblar
- 16:15 “Azərbaycanım” beynəlxalq rəsm festivalı təşkil olunub
- 14:28 “Şanlı tariximiz – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 14:25 TRT radiosunda 28 May - Müstəqillik Gününə həsr olunan proqram yayımlanıb
- 12:30 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edib
- 12:14 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin sinif konserti keçirilib
- 12:07 Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə “Kitab həftəsi”ndə iştirak edib
- 12:05 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
- 11:56 “Azərbaycan rəssamlığında Toğrul Nərimanbəyovun yeri və önəmi” adlı mühazirə keçiriləcək
- 10:31 Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 111 ili tamam olur
- 09:50 “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi Ankarada!
- 09:23 Praqada Azərbaycan mədəniyyəti axşamı formatında növbəti sərgi açılıb
- 09:19 Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 17:09 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir
- 16:40 “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub
- 15:26 Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir
- 12:42 Tanınmış şair Vaqif Bəhmənliyə həsr olunmuş elektron məlumat baza hazırlanıb
- 12:08 Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbi hesabat konserti keçirib
- 12:02 Azərbaycan Milli Kitabxanasının 102 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 11:30 Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi davam edir
- 11:17 Əməkdar mədəniyyət işçisi Fikrət Sadığın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 09:23 Moskvada “İRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:14 Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub