XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq Ahıllar Günü ilə əlaqədar “Hər yaşda sağlam ol” adlı tədbir baş tutub
ÜMÜMİ XƏBƏRLƏR
02/10/2024 16:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yeni Klinikanın birgə təşkilatçılığı ilə 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə “Hər yaşda sağlam ol” adlı tədbir keçirilib.

Tədbirdə rəsmi qonaqlar, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, ahıllar  və başqaları iştirak ediblər.

Çıxışçılar bu günün təsis olunmasında əsas məqsədin bu kateqoriyadan olan insanların sosial-məişət problemlərini, tibbi ehtiyaclarını öyrənmək və ictimaiyyətin diqqətini bu məsələlərin həllinə yönəltmək olduğunu bildirərək ahıl şəxslərin dövlətin daima diqqət və qayğısı ilə əhatələndiyini qeyd ediblər.

Tədbirin bədii hissəsində Əməkdar artist Dilarə Əliyeva və sevilən müğənni Rəsul Əfəndiyev çıxış ediblər.

Baxış sayı: 258