XƏBƏRLƏR
MƏLUMAT
“Bəşəriyyətin əbədi gözəlliyi” mövzusunda tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2023 01:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  Şüvəlan qəsəbə Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Bəşəriyyətin əbədi gözəlliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə bildirilib ki, Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıblar.

Tədbirin bədii hissəsində Mədəniyyət evinin  “Səma” rəqs ansamblı və “Məşəl” rəqs kollektivinin bir-birindən rəngarəng rəqs nömrələri təqdim edilib. 

Sonda  rəsm kursunun  şagirdlərinin əl işlərindən ibarət  sərgi nümayiş olunub.

Baxış sayı: 361