XƏBƏRLƏR
MƏLUMAT
Balaxanı qəsəbə Mədəniyyət evində “Azərbaycan tarixinin qan yaddaşı” başlığı altında tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/01/2020 23:42

Yanvarın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində 20 Yanvar faciəsinə həsr olunmuş “Azərbaycan tarixinin qan yaddaşı” başlığı altında tədbir keçirilib.

Tədbirdə Mədəniyyət evinin işçiləri, valideynlər və Mədəniyyət evinin kurs və dərnək üzvləri iştirak ediblər.

Tədbiri Mədəniyyət evinin bədii rəhbəri Tamilla Məlikova açaraq 20 Yanvar faciəsi haqqında əlumatlarla çıxış edib.

Tədbir boyu Mədəniyyət evinin “Poeziya” dərnəyinin üzvləri tərəfindən Qanlı Yanvara həsr olunmuş şeirlər söylənib, gitara ifaçılarının ifasında “Cənab leytenant”, “Ana mən şəhid oldum” mahnıları səsləndirilib.

Baxış sayı: 7395