XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı yazıçıların türkiyəli şəhidlərə həsr edilən kitabı çap edilib
ÜMÜMİ XƏBƏRLƏR
10/04/2025 15:33

Yazıçı, tarix üzrə fəlsəfə doktoru İradə Əlili və şair-publisist Azadə Novruzovanın həmmüəllifləri olduğu "Çubuk Kahramanları" adlı kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitab türk dilində çap olunub.

Kitabda Türkiyənin Ankara şəhərinin Çubuk rayonuna bağlı olan qardaş ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidləri haqqında məqalələr və müsahibələr yer alıb.

Kitabın redaktoru dərnək sədri Zeki Avan, məsləhətçiləri Ahmet Baki, Kızılbaş, Aybüke Aydos və Vüqar İrəvanlı, dizayneri isə Leyla Babazadədir.

Xatırladaq ki, bu, İradə Əlilinin türkiyəli şəhidlər haqqında ikinci kitabıdır. Yazıçının bundan əvvəl 2022-ci ildə İzmir şəhərinin Aliağa ilçəsində "Kahraman Şehid Oğuz Özgür Çevik" adlı kitabı işıq üzü görüb.

Baxış sayı: 68