Hacı Murad Hacı Əhməd oğlu Yegizarov 1939-cu ilavqustun 18-də Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış edib. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görüb. Hacı Murad Yegizarov Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb.
Ötən əsrin 60-70-ci illərində teatrın səhnəsində qoyulan "Sən niyə yaşayırsan?", "Həyat necə də qısadır", "Pik saatı", "Öz yolunla" və digər tamaşalardakı rolları onun özünəməxsus dəst-xəttinin başlanğıcı olub. Bu dəst-xətti isə "Valentin və Valentina"da Qusev, "İvanov"da doktor Lvov, "Qumluqdakı ev"də Eldar, "Aydın"da Dövlət bəy, 80-ci illərdə ilk dəfə rus dilində tamaşaya qoyulmuş "Şeyx Sənan"da Şeyx Sənan, "Arzu tramvayı"nda Stenli Kovalski və bugünkü günədək Azərbaycan və dünya ədiblərinin 200-dən çox dolğun səhnə təcəssümü deməkdir.
Azərbaycandan başqa, H.M.Yegizarov Çexiyada, Gürcüstanda, Almaniyada 40-dan çox filmə də çəkilib. Şux qaməti, istedadı kinorejissorların da diqqətini cəlb edib və ona elə instituta qəbul olunduğu il yəni 1958-ci ildə iki filmə çəkilmək təklif edilib. Həmin il rejissor Həbib İsmayılov onu “Ögey ana” filmində çəkib. M.Yegizarov kinoya ilk gəlişi barədə deyib: “İlk dəfə məni “Uzaq sahillərdə” filminin baş qəhrəmanı olan Mehdi obrazının sınaq çəkilişlərinə dəvət ediblər. Yaş baxımından Mehdi obrazına uyğun gəlmədiyim üçün sınaqdan uğursuz çıxdım”. Lakin Həbib İsmayılov onun fotoşəklini görən kimi Ayaz rolunu ona həvalə etməyi qərara alır. Beləliklə, aktyor bundan sonra öz taleyini bu sənətə bağlayacağını deyir. İnstitutda təhsil aldığı illərdə ardıcıl olaraq filmlərdə çəkilməyə dəvət alır.
Baxmayaraq onu “Uzaq sahillərdə” filmində baş rola təsdiq etməyiblər, o filmdə epizodda oynayıb, hətta həmin filmin materialları əsasında 1960-cı ildə yaradılan “Mateo Falkone” filmində də ona epizodik rol verilib.
Ümumiyyətlə, H.Yegizarovun kino bioqrafiyasında müxtəlif xarakterli obrazlar var. “Arşın mal alan” filminin II variantında Tofiq Tağızadə ona Süleyman rolunu həvalə edib. I variantda bu rolu məşhur aktyor İsmayıl Əfəndiyev çox uğurla oynayıb. Yegizarov bu rolu oynayanda çalışıb ki, təkrar alınmasın, Süleyman məhz Üzeyir bəyin yaratdığı kimi dost təsiri bağışlasın və buna nail olub.
Rejissor Həbib İsmayılov onu ikinci dəfə “Böyük dayaq” filmində çəkib. 1961-ci ildə istehsal olunan bu kinolentdə ona partkom Şirzadın obrazı həvalə olunub. Kənd həyatı ilə tanış olmadığından Şirzad onun üçün bir qədər çətin rol idi. Amma aktyor bu çətinliyin də öhdəsindən uğurla gəlib.
“Ulduz” filmi də onun kino yaradıcılığında əhəmiyyətli yer tutur. Bu filmdə rejissor Ağarza Quliyev aktyora Bəxtiyar rolunu verib. Aktyor Bəxtiyarı sevərək yaradıb və onu da tamaşaçılara sevdirə bilib. Bəxtiyar H.Yegizarovun yaddaqalan maraqlı rollarındandır. Əslində bu rol onun 1969-cu ildə lentə alınmış “Bir cənub şəhərində” filmində yaratdığı Çingiz roluna bir qədər yaxın idi.
Hacımurad Yegizarov sonralar daha tez-tez filmlərə dəvət alır. “Bağ mövsümü” filmində Kələntər, “Nizami” filmində Atabəy, “Babək”, “Birisigün, gecəyarısı”, “İnsan məskən salır”, “Qara gölün cəngavərləri”, “O qızı tapın”, “Səmt küləyi”, “Şeytan göz qabağında” və başqa filmlərdə yaddaqalan maraqlı rollar ifa edib.
Aktyor 1974-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə Dövlət Mükafatına layiq görülüb.
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib