XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Respublikasının Əməkdar artisti Pərviz Bağırovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
12/11/2021 00:48

Azərbaycan Respublikasının Əməkdar artisti, teatr və kino aktyoru Pərviz Sadıq Saleh oğlu Bağırov 12 noyabr 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.Təyinatla Akademik Milli Dram Teatrına gələn aktyor teatrın səhnəsində aşağıdakı rolları oynayıb:

7-ci qardaş ("Yatmış gözəl və yeddi qardaş", Aleksandr Puşkin), 1-ci işçi ("Knyaz", Hüseyn Cavid), Dustaq ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Həsrət ("Gölgələr pıçıldaşır", Seyfəddin Dağlı), Rasim ("Şəhərin yay günləri", Anar), Hacı Bağdad ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Əyyar ("Fitnə", Abdulla Şaiq), Kamal ("Əliqulu evlənir", Sabit Rəhman), Lennoks ("Maqbet", Uilyam Şekspir), 3-cü zabit ("İblis", Hüseyn Cavid), Mahmud ("Atabəylər", Nəriman Həsənzadə), Altay ("Od gəlini", Cəfər Cabbarlı), Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Çar Uluz ("Pompeyin Qafqaza yürüşü", Nəriman Həsənzadə), Şeytan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), 1-ci kafir ("Burla Xatun", Nəbi Xəzri), Talap ("Sokratı anma gecəsi", Çingiz Aytmatov), Qonşu ("Mənim ərim dəlidir", Elçin), Kamran Qızılsəs ("Köhnə ev", Əli Əmirli), Minas ("Hələ sevirəm deməmişdilər", Ramiz Novruz), Dadaşzadə və Sarvan ("Bu dünyanın adamları", Hidayət), Qəhrəman ("Eloğlu", Abdulla Şaiq).

Pərviz Bağırov 2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatı alıb.

Baxış sayı: 185