Lətif Bəşir oğlu Səfərov 1920-ci il sentyabr ayının 30-da Şuşada anadan olub. Yeddi yaşında ikən rejissor Leo Murun “Gilan qızı” (“Tunc ay”) (1928) filmində çəkilib. Sonra yaradıcı heyətlə birlikdə, xüsusilə rejissor M.Mikayılovun səyi nəticəsində Bakıya gəlib, studiyada ştata qəbul olunub. O, “Sevil” (1929), “Lətif” (1930), “Şərqə doğru” (1930), “Qızıl kol” (1930) filmlərində uşaq rollarını oynayıb. 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Kinostudiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. Aktyor kimi dublyaj şöbəsində “Çapayev”, “Lenin oktyabrda”, “Biz Kronştatdanıq”, “Lenin 1918-ci ildə” və başqa məşhur sovet filmlərinin səsləndirilməsində iştirak edib. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub, məşhur rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrənib. Bir il sonra müharibə başladığından həmkarlarıyla birgə Smolensk vilayətində müdafiə xəttinin tikintisində iştirak edib, qısa müddət “Mosfilm”də çalışıb. İnstitut arxa cəbhəyə - Alma-Ataya köçürüləndə təhsilini yarımçıq qoyaraq Azərbaycana - Bərdədə yaşayan anasının yanına qayıdıb.
Səhhətindəki problemlə bağlı orduya yaramadığı nəzərə alınaraq, Bərdə rayon mülki tədris şöbəsində hərbi inspektor təyin edilib. 1946-cı ildə Moskvaya geri dönüb və təhsilini davam etdirib. Özünü hər cəhətdən nümunəvi göstərən tələbə-rejissor institut illərində müəlliminin “Piroqov” filminin çəkilişlərində iştirak edib, pambıqçı, əmək qəhrəmanı Sürəyya Kərimova və onun briqadasının fəaliyyətindən söhbət açan “Çağırışa cavab” kinooçerkini lentə alıb. Astara rayonunun “İskra” kolxozunda çalışanların həyatından bəhs edən “Yeni həyat qurucuları” sənədli filmi diplom işi kimi əla qiymətləndirilib. 1950-ci ildə təhsilini başa vurub və peşəkar kinematoqrafçı kimi Bakıya dönüb, kinostudiyada işləməyə başlayıb. Üç rejissorun - İ.Xeyfits, A.Zarxi və R.Təhmasibin müştərək məhsulu olan “Bakının işıqları”, X.Babayev və T.Axundovla birgə “Gədəbəyin sərvəti” sənədli filmini çəkib. Sonra bir-birinin ardınca “Gənc leninçilər”, “Azərbaycan sərhədçiləri”, “Quba bağlarında”, Bakının uşaqları” və “Qığılcım” sənədli filmləri, “Ordenli Azərbaycan” və “Gənc nəsil” kinojurnalları, Moskvadakı mərkəzi xronika studiyası üçün süjetlər araya-ərsəyə gəlib. 1955-ci ildə ona “Sevimli mahnı” (“Bəxtiyar”) filmini çəkmək həvalə olunub, bu lentlə o, böyük kinoda ilk filmini yaradıb. “Qızmar günəş altında” (1957), “Leyli və Məcnun” (1961) kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bilib. 1962-ci ilin noyabrında Gəncədə və Bakıda keçirilən kino günləri çərçivəsində nümayiş etdirilən “Leyli və Məcnun” filmi tamaşaçıların müsbət qiymətini alıb. Lətif Səfərov 1958-1963-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri işləyib.
Görkəmli rejissor Lətif Səfərov 1963-cü il dekabr ayının 9-da özünə ov tüfəngi ilə atəş açaraq intihar edib.
Azərbaycan Dövlət Film Fondunda rejissorun şəxsi arxivi yaradılıb.
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib