XƏBƏRLƏR
MƏLUMAT
“60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2024 16:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında “60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimat mərasimi keçirilib.

Tədbirdə yazıçılar, şairlər, ziyalılar, ictimaiyyət, media nümayəndələri iştirak ediblər.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər “60 çiçək – bir çələng” almanaxı haqqında məlumat veriblər.

Bədii hissədə musiqi nömrələri ifa olunub, rəqslər təqdim edilib.

Sonda almanax haqqında hazırlanmış videoçarx nümayiş olunub.

Baxış sayı: 145