XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində film nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
31/10/2025 17:24

Oktyabrın 31-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində “Şuşa sən azadsan” filmi nümayiş olunub.

Film nümayişində 158 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Əvvəlcə qonaqlar “Şanlı Zəfər Tariximiz” adlı sərgi ilə tanış olublar.

Daha sonra Heydər Əliyevin büstü ziyarət edilib və şagirdlərə Ulu Öndərin zəngin siyasi irsini əks etdirən ekspozisiya haqqında məlumat verilib.

Daha sonra rəşadətli ordumuzun şücaəti sayəsində Şuşa şəhərinin işğalçılardan azad olunması, bu əməliyyatın 44 gün müddətində ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə olduğu bildirilib.

Sonda şagirdlər “Şuşa sən azadsan” filmini izləyiblər.

Baxış sayı: 33