XƏBƏRLƏR
MƏLUMAT
“Yaşıl çəmən” ekran əsəri qısa film laboratoriyasının ikinci mərhələsinə seçilib
ÜMÜMİ XƏBƏRLƏR
28/10/2025 11:49

“Yaşıl çəmən” film layihəsi Film Talent Academy tərəfindən təşkil olunan qısa film laboratoriyasının ikinci mərhələsinə seçilib. Bu proqram Kann Film Festivalı – SFC Rendez-vous Industry ilə əməkdaşlıq çərçivəsində keçirilir.

AZƏRTAC xəbər verir ki, layihə inkişaf mərhələsindədir və 2026-cı ildə Kann Film Festivalında təqdim olunacaq.

Filmin prodüserləri Emil Nəcəfov, Əli İsa Cabbarov və Türkan Hüseyndir. Layihənin inkişafına Azərbaycan Kinematoqrafçılar İttifaqı dəstək göstərib.

Baxış sayı: 24