XƏBƏRLƏR
MƏLUMAT
Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/10/2025 09:27

Azərbaycan Milli İncəsənət Muzeyində Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib.

Tədbir muzeyin təşəbbüsü və “Azərpoçt”un təşkilatçılığı ilə reallaşıb. Markalarda rəssamın “Əsgər”, “Mah Tələt xanım”, “Zadəgan qadının portreti”, “Vəcihulla Mirzə” və “Fətəli şah” əsərləri əks olunub.

Markaların rəmzi “söndürülməsi” mərasimi və sənətkarın əsərlərinin nümayişi tədbirə xüsusi rəng qatıb. Axşam qədim musiqi alətləri ansamblının çıxışı ilə yadda qalıb.

Baxış sayı: 30