XƏBƏRLƏR
MƏLUMAT
“Hadrut sən azadsan!” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
24/10/2025 16:52

Oktyabrın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Hadrut, sən azadsan" filmi nümayiş olunub.

Filmin nümayişində 118, 281 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Sənədli film 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsinin ən önəmli mərhələlərindən biri - Hadrut əməliyyatına həsr olunub. Filmdə, Hadrutun azadlığı uğrunda döyüşən igid əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı lentə alınmış unikal kadrlar və real hadisə görüntüləri yer alır.

Film, Azərbaycanın müasir tarixində qəhrəmanlıq və milli birlik rəmzinə çevrilən Hadrut əməliyyatını gələcək nəsillərə çatdıran mənəvi yaddaş nümunəsidir.

Baxış sayı: 17