XƏBƏRLƏR
MƏLUMAT
“Yaddaşlarda yaşayan Osman Sarıvəlli” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/10/2025 14:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət evində Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi ilə əlaqədar “Yaddaşlarda yaşayan Osman Sarıvəlli”adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışçılar filologiya üzrə elmlər doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Əlizadə Əsgərli, “Libra Kitab” nəşriyyat evinin redaktoru İmanyar Quliyev onun yaradıcılığı haqqında ətraflı məlumat veriblər.

Daha sonra şairin həyatını əks etdirən videoçarx və görkəmli şəxsiyyətlərin Xalq şairi Osman Sarıvəlli haqqında söylədikləri fikirləri əhatə edən videoslayd nümayiş etdirilib.

Tədbirin bədii hissəsi Suraxanı rayon MKS-nin 5 nömrəli kitabxana filialı tərəfindən hazırlanıb.

Baxış sayı: 22