XƏBƏRLƏR
MƏLUMAT
"Qonağımız var" layihəsinin növbəti qonağı Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov olub
ÜMÜMİ XƏBƏRLƏR
22/10/2025 10:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən "Qonağımız var" layihəsinin növbəti qonağı Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov olub.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə mayor Zaur Hüseynov 44 günlük Vətən müharibəsindən ətraflı söz açaraq  bildirib ki, biz şəhidlərin xatirəsi qarşısında baş əyirik və onların qəhramanlığından hər zaman güc alırıq. Daha sonra iştirak etdiyi Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan bəhs edib, xatirələrini tamaşaçılarla bölüşüb.

Sonda Zaur Hüseynovun həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Baxış sayı: 47