XƏBƏRLƏR
MƏLUMAT
“Füyuzat” jurnalının 145-ci nömrəsi işıq üzü görüb
ÜMÜMİ XƏBƏRLƏR
28/10/2025 09:03

Bu günlərdə “Füyuzat” jurnalının 145-ci nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi “Redaksiyadan” sərlövhəli yazı ilə açılır.

Dərgidə Mahir Qəribovun “Ə.Ağaoğlunun I Türk Tarix Konqresində ideoloji düşüncələri” adlı araşdırmasını, Füzuli Sabiroğlunun “İrəvan məscidləri” sərlövhəli məqaləsini, Yavuz Bülənt Bakilərin “Azərbaycan ürəyimdə bir şahdamardır” adlı şeirini, Muxtar Cəfərlinin “Ruhun həqiqətə açılan qapısı – fədakarlıq” , Aygün Əzimovanın “Maarifçilikdən istiqlala gedən yol” adlı məqalələrini, Loğmanın “Pərvanəlik” başlıqlı essesini, Vahid İbayevin “Pakistanın azərbaycanəsilli Baş naziri” adlı araşdırmasını, Fidan Vahidin təqdimatında “Aydoldunun oğlu Öydülmüşə vəsiyyəti” başlıqlı nəsihətləri, Toğrul Mahmudlunun “Tariximizdə Sultanovlar izi” və Ülviyyə Rəhmanın “Füyuzat”ın nazir yazarı Əliağa Həsənzadə” adlı tarixi araşdırmalarını oxuya bilərsiniz.

Baxış sayı: 29