XƏBƏRLƏR
MƏLUMAT
“Şuşa, sən azadsan!” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
31/10/2025 16:26

Oktyabrın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə 273 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir zamanı  “Zəfər tariximiz” mövzusunda mühazirə dinlənilib. Mühazirədə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs edilib.

Daha sonra  qəhrəman əsgərlərimizin şücaətini əks etdirən “Şuşa, sən azadsan!” filmi nümayiş olunub.

Sonda iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi irsini əks etdirən ekspozisiya zalı ilə tanış olublar.

Baxış sayı: 35