XƏBƏRLƏR
MƏLUMAT
Zəfər Günü münasibətilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/10/2025 12:48

Oktyabrın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə 139 və 233 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Əvvəlcə qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Zəfərə aparan yol: qəhrəmanlıq, birlik və Vətən sevgisi” mövzusunda mühazirə dinlənilib. Mühazirə zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi igidliklər, xalqımızın həmrəyliyi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbənin əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində qəhrəman əsgərlərimizin döyüş yolunu əks etdirən “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunub.

Sonda məktəblilər Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən ekspozisiya zalı ilə tanış olublar.

Baxış sayı: 24