XƏBƏRLƏR
MƏLUMAT
Bədii Özfəaliyyət Kollektivlərinin Müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/10/2025 10:35

Oktyabrın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Bədii Özfəaliyyət Kollektivlərinin Müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd mədəniyyət müəssisələrində fəaliyyət göstərən musiqi kollektivlərinin inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da təkmilləşdirilməsi, milli musiqi və folklor janrının inkişafıdır.

Müsabiqədə Baş İdarənin şəbəkəsinə daxil olan mədəniyyət evləri və klubların özfəaliyyət  kollektivləri iştirak ediblər.

Çıxışlar münsiflər heyəti tərəfindən nominasiyalar üzrə 10 bal sistemi ilə qiymətləndirilib.

Qeyd edək ki, müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti 2025-ci ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək. Qaliblər Fəxri fərman və pul mükafatına layiq görüləcəklər.

Baxış sayı: 74