XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/10/2025 15:37

Oktyabrın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə Dəniz nəqliyyatı, gəmiqayırma və liman işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər.

Tədbir zamanı “Zəfərə aparan yol” mövzusunda mühazirə dinlənilib və qəhrəman əsgərlərimizin şücaətini əks etdirən “Şuşa, sən azadsan!” filmi nümayiş olunub.

Sonda iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi irsini əks etdirən ekspozisiya zalı ilə tanış olublar.

Baxış sayı: 27