XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarənin tabeliyində olan müəssisələr üçün təlim keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/10/2025 17:27

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbində Media savadlılığı təlimi keçirilib. Baki-baku.az saytının əməkdaşı Xanım Aydın tərəfindən keçirilən təlimdə Baş İdarənin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin əməkdaşları iştirak ediblər.

Təlimin məqsədi media savadlılığı bacarıqlarını inkişaf etdirmək, onların rəqəmsal mühitdə məlumat axınını düzgün qiymətləndirmək, etik paylaşım prinsiplərini əməl etmək qabiliyyətlərini gücləndirməkdir. Təlimdə iştirakçılara media savadlılığı anlayışı, press relizlərin hazırlanma qaydası, medianın cəmiyyətə təsiri və müxtəlif mövzular haqqında məlumat verilib.

Sonda iştirakçıların sualları təlimçi tərəfindən cavablandırılıb.

Baxış sayı: 373