XƏBƏRLƏR
MƏLUMAT
“Yuxu” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
30/10/2025 14:59

Oktyabrın 30-da  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti Zərnigar  Ağakişiyevanın 80 illik yubileyi ilə əlaqədar “Yuxu” filmi nümayiş olunub.

Film nümayişində 147 və 150 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Əvvəlcə qonaqlar “Şanlı Zəfər Tariximiz” adlı sərgi ilə tanış olublar.

Daha sonra Heydər Əliyevin büstü ziyarət edilib və şagirdlərə Ulu Öndərin zəngin siyasi irsini əks etdirən ekspozisiya haqqında məlumat verilib.

Tədbir zamanı Zərnigar Ağakişiyevanın həyat və yaradıcılığından, filmlərdə yaratdığı obrazlardan bəhs edilib.

Sonda  şagirdlər “Yuxu” filmini izləyiblər.

Baxış sayı: 32