XƏBƏRLƏR
MƏLUMAT
Dövlət Akademik Filarmoniyasının kollektivi Şanxay Beynəlxalq İncəsənət Festivalında çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
21/10/2025 16:15

Çin Xalq Respublikasında keçirilən 24-cü Şanxay Beynəlxalq İncəsənət Festivalı çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivi Bakı Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru, Əməkdar artist Fuad İbrahimov, solistlər isə Xalq artisti Yeganə Axundova və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (violin) olub.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə Azərbaycan və dünya klassik musiqisinin inciləri təqdim olunub.

Proqramda Ü.Hacıbəyli "Arazbarı", Q.Qarayev "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən iki rəqs, W.A.Motzart Divertisment D-dur (I hissə), B.Britten "Sadə simfoniya"sın dan "Sentimental sarabanda" ( III hissə), A.Vivaldi "İlin fəsilləri" silsiləsindən "Yay", J.S.Bach Brandenburq konserti N°3, G-dur, A.Piazzolla "Buenos-Ayresdə ilin fəsilləri silsiləsindən "Yaz", F.Mendelssohn Simli simfoniya N°10, b-moll, F.Əmirov "Nizami" simfoniyası (Final), F.Bədəlbəyli "Dəniz", T.Quliyev "Qaytağı" əsərləri səsləndirilib.

Azərbaycanlı ifaçıların çıxışı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Belə mötəbər beynəlxalq festivalda iştirak ölkəmizin musiqi mədəniyyətinin, ifaçılıq ənənələrinin və milli dəyərlərinin dünya miqyasında tanınması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir və təqdirəlayiq bir addımdır.

Baxış sayı: 27