XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada biblioqrafiyaşünas-alimə həsr olunmuş kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
23/10/2025 10:57

Milli Kitabxanada “Biblioqrafiyaşünas-alim Fərman Bayramov – 90” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgi biblioqrafiyaşünas-alim Fərman Bayramovun anadan olmasının 90 illiyi münasibətilə hazırlanıb.

Sərgidə alimin elmi tədqiqatları, həyatı və elmi fəaliyyəti haqqında ədəbiyyatlar, elmi məcmuələrdə çap olunan məqalələri, dövri mətbuat materialları nümayiş olunur.

Qeyd edək ki, Fərman Bayramov “Azərbaycan iqtisadiyyatının biblioqrafiyası”, “Milli biblioqrafiyalarımızdan biri”, “XX əsr Azərbaycan alimləri və biblioqrafiya”, “H.Z.Şirvani yaradıcılığında mütaliə və biblioqrafiya məsələləri” adlı məqalələrin, “Cəlil Məmmədquluzadə: 1866–1966”, “Nəriman Nərimanov: 1870–1970” biblioqrafik vəsaitlərinin, eləcə də bir sıra xronikaların müəllifi olub.

Elm və təhsilin inkişafındakı xidmətlərinə görə “Əmək veteranı” medalı ilə təltif edilib.

Baxış sayı: 21