Oktyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, XX əsr Azərbaycan avanqard sənətinin tanınmış nümayəndəsi Tofiq Cavadovun (1925–1963) 100 illiyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” adlı sərginin açılış mərasimi baş tutub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” mədəniyyət festivalı çərçivəsində keçirilən sərgidə rəssamın müxtəlif illərdə yaratdığı 91 əsər – rəngkarlıq və qrafika nümunələri, o cümlədən kitab illüstrasiyaları və eskizlər nümayiş etdirilib. Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı İncəsənət Mərkəzi (“Yeni Gallery”) və şəxsi kolleksiyalardan toplanmış əsərləri əhatə edən sərgidə ilk dəfə olaraq Tofiq Cavadovun yaratdığı bədii irs vahid məkan daxilində bir araya gətirilib.
Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, təsviri incəsənət üzrə tədqiqatçı, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli çıxış edərək Tofiq Cavadovun qısa, lakin məhsuldar ömründə bədii ideyalarla zəngin bir miras qoyduğunu vurğulayıblar. Çıxışlarında onun 1950–1960-cı illərdə sovet incəsənətinin sərt ideoloji çərçivələrinə baxmayaraq, fərdi yaradıcılıq azadlığını qoruyub saxlayan nadir sənətkarlardan biri kimi tanındığını qeyd ediblər. Rəssamın zəngin yaradıcılığında insanın mənəvi aləmi, azadlıq duyğusu və daxili dramatizm əsas yer tutduğundan, əsərlərində rəng və formaların daxili enerjisi, sükutun poetik ifadəsi vasitəsilə insan və zaman münasibətləri fəlsəfi məna qazanmasından danışılıb.
Tofiq Cavadov Abşeron rəngkarlıq məktəbinin ən poetik təmsilçilərindən sayılır. Rəssam üçün Abşeron yalnız məkan deyil, həm də sənət dünyasının mərkəzidir. Onun bu mövzuya həsr olunmuş “Buzovnada küçə”, “Kənd mənzərəsi” və digər əsərləri Abşeronun ruhunu, koloritini, rəng harmoniyasını poetik dillə təcəssüm etdirir. Müəllifin sərgidə yer alan “Sənaye mənzərəsi”, “Neftçilər”, “Çənlər”, kimi tabloları, “Zavod” silsiləsi sənaye motivlərini insan duyğuları ilə birləşdirərək neft şəhərinin ruhunu canlandırır.
Rəssamın əsərləri “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalının su fəlsəfəsi ilə ahəngdar şəkildə səsləşir. Çünki, Xəzər Cavadovun yaradıcılığında əsas ilham mənbələrindən biridir. Bu tablolarda Xəzərin coşqun dalğaları, dənizdə fədakarlıqla çalışan neftçilərin həyat və zəhmət hekayəsi, insan və təbiət arasındakı fəlsəfi və poetik münasibət əks olunub. Sərginin əsas yeniliklərindən biri rəssamın kitab qrafikası sahəsindəki işlərinin interaktiv multimedia formatında – sensor ekran vasitəsilə təqdim olunmasıdır. Bu təqdimat tamaşaçılara Cavadovun yaradıcılıq diapazonunu daha geniş müstəvidə dərk etmək imkanı yaradıb.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi sərgi ərəfəsində rəssamın sənət irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atıb. Muzey Tofiq Cavadovun “Bakıda küçə” adlı rəngkarlıq əsərini və “Analıq” adlı qrafik işini öz kolleksiyasına daxil edib, Dövlət Rəsm Qalereyasının kolleksiyasına aid “Tökmə sexi” tablosunun bərpasını həyata keçirib.
“Yarımçıq qalmış ömür” sərgisi yalnız bir rəssamın həyat və yaradıcılıq yoluna deyil, həm də azad düşüncənin sənətdəki ifadəsinə dərin baxışı təqdim edib. Bu sərgi sənətkarın avanqard təfəkkürünü, bədii axtarışlarını və ruhi aləmini daha yaxından tanımaq üçün unikal fürsət yaradır.
Sərgi 30 noyabr 2025-ci ilədək ziyarətçilər üçün açıq olacaq.





- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub