Ötən yüzilliyin əvvəlində Azərbaycan ictimai fikrinin inkişafında xüsusi yeri olan mətbu orqanlardan biri də “Şərqi-Rus” qəzetidir. Qəzetin ilk nömrəsi 1903-cü il 30 mart (yeni təqvimlə 12 aprel) tarixində Tiflisdə Məhəmmədağa Şahtaxtlının naşirliyi və redaktorluğu ilə işıq üzü görüb. 1891-ci ildə Tiflis qubernatorunun sərəncamı ilə azərbaycanlı oxucuların yeganə anadilli mətbu orqanı “Kəşkül” qəzetinin nəşri dayandırılandan sonra dövrün ziyalıları Azərbaycan dilində yeni bir qəzet çıxarmaq üçün çalışırlar. Ancaq heç bir nəticə hasil olmur. Bu təşəbbüsdə olanlardan biri də Məhəmmədağa Şahtaxtlı idi.
Naxçıvanda şəhər məktəbini, Tiflisdə gimnaziyanı bitirdikdən sonra Peterburqda alman dilini öyrənib, Almaniyanın Leypsiq Universitetinin fəlsəfə, tarix və hüquq fakültəsində təhsil alıb. Sonra Parisdə Şərq Dilləri Məktəbində mühazirələr dinləyir, fransız və ingilis dillərini mükəmməl öyrənir. Eyni zamanda türk, ərəb, rus və fars dillərini bilirdi.
Məhəmmədağa Şahtaxtlı xeyli səy göstərdikdən sonra “Şərqi-Rus” qəzetinin nəşrinə icazə alır. Naxçıvanın Şahtaxtlı kəndindəki ata mülkünü sataraq Tiflisə köçür. Burada bir mətbəə alır və qəzetin ilk nömrəsi çapdan çıxır. Birinci nömrədə qeyd olunub ki, “Şərqi-Rus” cəmiyyət işlərinə və ədəbiyyata məxsus çərşənbə, cümə və bazar günləri çıxan bir türk qəzetidir.
Digər anadilli mətbu orqanlarımız kimi, bu qəzetin də başlıca məqsədi türk-müsəlman əhalisini maarifləndirmək olur. Məhz buna görə də qəzetin səhifələrində dünyəvi elmlərlə bərabər, ana dili və qadın azadlığı ilə bağlı maraqlı yazılar dərc olunur. Çox keçmir, “Şərqi-Rus ” qəzeti dövrün mütərəqqi fikirli ziyalılarını - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi və başqalarını öz ətrafında cəmləşdirir.
Onu da qeyd edək ki, Həsən bəy Zərdabi “Kəşkül” qəzeti ilə “Şərqi-Rus” qəzeti arasında keçən 13 ili (həmin vaxtlarda ana dilimizdə mətbuat orqanı olmayıb) Azərbaycan cəmiyyətinin qaranlıq dövrü adlandırıb. Bu nəşrin səciyyəviliyi onun ilk gündəlik Azərbaycan qəzeti olmasında idi. Görkəmli siyasi xadim M.Ə.Rəsulzadənin ilk mətbu əsəri “Şərqi-Rus” da dərc edilib. Lev Tolstoyun yaradıcılığından Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində işıq üzü görüb. “Şərqi-Rus”un Azərbaycan mətbuatında ən layiqli xidmətlərindən biri Ömər Faiq Nemanzadə və Cəlil Məmmədquluzadə kimi şəxsiyyətləri üzə çıxarması olub. Xüsusilə C.Məmmədquluzadənin bir jurnalist və yazıçı kimi püxtələşməsində M.Şahtaxlının böyük xidməti danılmazdır.
1904-cü ilədək (262 nömrə) qəzetin redaktoru M.Şahtaxtlı, 1905-ci il 15 yanvaradək (392-ci nömrəyədək) isə C.Məmmədquluzadə olub. Onu da deyək ki, ilk vaxtlar M.Şahtaxtlı məslək və qələm dostları Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə və başqaları tərəfindən dəstəklənir. Ancaq zaman keçdikcə müəyyən fikir ayrılıqları ilə bağlı münasibətlər dəyişir. Milli mətbuatın məqsəd və vəzifələri barədə fikirlərində ziddiyyətlər ortaya çıxır. Belə ki, qəzet Hacı Zeynalabdin Tağıyevin Tiflisdə bir müsəlman məktəbini himayəyə götürdüyünü, ancaq sonradan köməklik göstərmədiyini tənqid edir. Buna da redaktorun məslək və qələm dostları etiraz edirlər. Qəzet isə buna cavab olaraq daha kəskin yazı dərc edir, onları “Hacı Zeynalabdinin qələm qoçuları” adlandırır. Professor Vilayət Quliyev “Üç aqilin davası” yazısında bu haqda maraqlı məlumatlar verib.
Həmin yazıya cavab olaraq Əhməd bəy Ağayev qəzetin səhv addım atdığını qeyd edir: “Belə qəzetin ilk oxucuları artıq o qədər ziyalıdır ki, qovğalı yazılardan heç bir zövq almırlar. O qədər həssasdırlar ki, qovğa rubrikaları onlarda, sadəcə, ikrah doğurur”.
Qeyd edək ki, bu intriqaların arxasında şəxsi maraqlar durmayıb. Onlar, sadəcə, “Şərqi-Rus”un tutduğu yolun yanlış olduğunu qeyd ediblər. Məqsəd ancaq ümumi işə xidmət olub. Maraqlıdır ki, sonralar hər şey öz qaydasına düşür. M.Şahtaxtlı özü də ümummilli maraqlar naminə şəxsi iddialarından çəkinir, qəzet vasitəsilə səhvini etiraf edir. Ə.Topçubaşov qələm dostunun bu etirafını təqdirlə qarşılayır.
“Şərqi-Rus” qəzetinin sonuncu nömrəsi 15 yanvar 1905-ci il tarixdə çap olunub. Beləliklə də, Azərbaycan mətbuatının Tiflis dövrü bu qəzetlə başa çatır...
Onu da deyək ki, M.Şahtaxtlı Rusiya imperiyası daxilində yaşayan milyonlarla türkün milli-mədəni inkişafında xüsusi xidmətləri olan ziyalılarımızdandır. Böyük maarifçilər Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabinin, İsmayıl bəy Qasprinskinin başladığı yol Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmmədağa Şahtaxtlı və başqa ziyalılarımızın işıqlı əməlləri ilə davam etdirilib. Məhəmmədağa Şahtaxtlı 1919-cu ildə Bakıya gəlib. Bakı Dövlət Universitetinin yaradılmasında yaxından iştirak edib. Sovet hakimiyyəti illərində ilk professor adını alan azərbaycanlıdan biri olub. 1931-ci ilin dekabrın 12-də, ömrünün ixtiyar çağında - 85 yaşında vəfat edib.
Savalan Fərəcov

- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib