XƏBƏRLƏR
MƏLUMAT
“Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/03/2026 16:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Əməkdar artistlər , mədəniyyət işçiləri, incəsənət xadimləri, Bakı şəhər musiqi və incəsənət məktəblərinin direktorları qonaq qismində iştirak ediblər.

Gecədə Əlibaba Məmmədovun zəngin repertuarından seçilmiş muğamlar, təsniflər və mahnılar məktəbin şagirdləri və müəllimləri tərəfindən ifa olunub. Tədbir boyu böyük sənətkarın yaradıcılıq irsi, muğam sənətinin inkişafındakı rolu və pedaqoji fəaliyyəti xüsusi vurğulanıb.

Tədbirdə muğam sənətinin yaşadığı və gənc nəslin bu irsi layiqincə davam etdirdiyi bir daha nümayiş olunub.

Baxış sayı: 15