XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
ÜMÜMİ XƏBƏRLƏR
02/03/2026 12:14

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il martın 13-də, saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 40 ) Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il martın 10-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

Baxış sayı: 20