XƏBƏRLƏR
MƏLUMAT
Uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2024 15:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirilib.

Çıxış edənlər tədbirin keçirilməsində əsas məqsədin uşaqlar arasında mütaliə mədəniyyəti və oxu vərdişini formalaşdırmaq olduğunu qeyd ediblər.

Görüş çərçivəsində, Xəzər rayonunda yerləşən 149 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında yazıçının “Lovğa tülkü” nağılı əsasında hazırlanmış nağıl-tamaşa təqdim olunub.

Sonda uşaq yazıçısı M.Nağıyeva oxuculara öz yaradıcılığı haqqında geniş məlumat verərək, iştirakçıları işıq üzü görmüş 6 nağıl kitabı ilə tanış edib.

Baxış sayı: 127