Teatr aləmində "Qəmərlinski" kimi də tanınır. Əsl soyadı Məlikovdur. Əhməd Haşım oğlu Məlikov 1880-ci il may ayının 9-da Bakı şəhərində doğulub. Atası elmə, təhsilə qiymət verən kişi idi. Moskva və Varşava şəhərləri ilə ticarət əlaqəsi yaratmaq istəyib. O, buna görə Əhmədi on yaşına çatanda İçərişəhərdə məşhur qazi axund Mirzə Cavadın yanına dini təhsil almağa qoyub. Əhmədin iti zehni, çalışqanlığı, mütaliə həvəsi Mirzə Cavadın diqqətini cəlb edib. Onun təklifi ilə Haşım kişi oğlunu türk-rus məktəbinə verib. Dərslərini əla qiymətlərlə oxuduğuna görə müəllimlərin təşəbbüsü ilə Əhməd Qəmərli möhtəşəm ziyalı, gözəl pedaqoq və coşqun teatr təşkilatçısı Sultan Məcid Qənizadənin məktəbinə köçürülüb. Burada o, gələcəyin səhnə xadimləri Hüseyn Ərəblinski və Mirmahmud Kazımovski ilə oxuyub.
Əhməd Qəmərli səhnəyə ilk dəfə 1907-ci ildə "məhəllə teatrı truppasında" Nəcəf bəy Vəzirovun "Adı var, özü yox" məsxərəsində Cənnətəli rolu ilə çıxıb. 1909-cu il yanvar ayının 2-də bu rolu "Nicat" truppası ilə də oynayıb. Tamaşaçılar arasında geniş şöhrət və məhəbbəti isə Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu" faciəsində İblis (Şeytan) rolu ilə olub. Hətta 1912-ci ildə aktyorun bu rolda çəkilmiş şəklini çap edən reklam xarakterli afişa və proqramlar buraxılıb.
1919-cu ildə Bakıdakı truppalar birləşib Dövlət Dram Teatrı kimi fəaliyyətə başlayanda Əhməd Qəmərli həmin kollektivin aktyor truppasına qəbul olunub. 1921-1924-cü illərdə burada işləməklə yanaşı, Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında da aktyorluq edib.
Əhməd Qəmərlinin ifa etdiyi əsas rollar: Mirzə Fətəli Axundzadənin komediyalarında Bayram ("Xırs quldurbasan"), Mirzə Həbib ("Lənkəran xanının vəziri"), Əbdürrəhim bəy Haqverdiyevin faciə və dramlarında Əcinnə, Təlxək, İblis və Əmrah ("Pəri Cadu"), Hacı Səməd ağa və Mirzə Qoşunəli ("Bəxtsiz cavan"), Süleyman ("Ac həriflər"), həmçinin Namiq paşa və Şükrü paşa, İzzət paşa ("Ədirnə fəthi" və "Trablis müharibəsi", Cəfər Cabbarlı), Gürcü bəy və Mirzə Mehdi xan ("Nadir şah Əfşar", Nəriman Nərimanov), Dursunəli ("Dursunəli və ballıbadı", Sultan Məcid Qənizadə), Rüstəm bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Yəzdcürd ("Şəd ibn Vəqqas", Muxtar Axundzadə), Romas ("Xalid ibn Valid", Yusif Talıbzadə), İbn Ziyad, Sədr Əzəm ("Yezid ibn Müaviyə" və "Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Hacı Fərəc ("Dövləti-bisəmər", İsmayıl bəy Rüstəmbəyov), Brabansio və Kassio ("Otello", Uilyam Şekspir), Amul bəy ("Şeyx Şamil", Rudolf Botşald), Zöhhak ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Molla Hüseyn ("Qəzavat", Sergey Lanskoy), Şeyxülislam və Sidqi bəy ("Vətən", Namiq Kamal), Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Əli ("Əl Mənsur", Henrix Heyne), Kərim və Məmməd ("Zorən təbib", Jan Batist Molyer), Lazer Frankel ("Yəhudilər", Yevgeni Çirkov).
1938-1939-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Burada Rüstəm bəy, Kəblə Qubad ("Məşədi İbad" və "Ər və arvad", Üzeyir bəy Hacıbəyli), Səməd bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə və Niyazi) rollarını oynayıb.
Əhməd Qəmərli dramaturq kimi də fəaliyyət göstərib. Onun "Tamahkarlıq, yaxud cavanlar məişəti", "Rüstəm və Söhrab", "Tufani-Kərbəla", "Məkri-zənən", "Eşq və məhəbbət", "Məktəb vodevili", "Ziyarət nəticəsi", "Maymaq", "Vətən uğrunda", "Partizan oğlu", "Alman köpəyi", "Oxumayacağam", "Qazi", "Evdar Abbas", "Bəhlul Danəndə", "Molla Zaman", "Usta Qəni", "Yusif və Züleyxa", "Tahir və Zöhrə", "Uşaq duası", "Arşın malı" vodevilləri, məzhəkələri, pyesləri və təbdilləri var. Jan Batist Molyerdən etdiyi "Zorən təbib" təbdili daha məşhurdur.
Əhməd Qəmərli "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "İsmət", "Almaz" (Kənd sovet sədri), "Səbuhi" bədii filmlərinə çəkilib.
Səhnə sənətindəki xidmətlərinə görə 23 fevral 1940-cı ildə “Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunub.
Əhməd Qəmərli 1952-ci il mart ayının 9-da Bakıda vəfat edib.
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub