XƏBƏRLƏR
MƏLUMAT
Ankarada Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
03/11/2025 09:24

Noyabrın 8-də Türkiyə Prezident Simfonik Orkestrinin (CSO) tarixi Ankara salonunda “Yeddi Gözəl”in səsi ilə Zəfər Dastanı” (Zafer destanı Yedi Güzel`in sesiyle) adlı konsert keçiriləcək.

Azərbaycanın Əməkdar artisti, pianoçu Turan Manafzadə AZƏRTAC -a bildirib ki, “Yeddi Gözəl” qrupunun konsert proqramı 44 günlük Vətən Müharibəsində Azərbaycanın tarixi Zəfərinin ildönümünə həsr olunub.

“44 günlük Vətən müharibəsində Zəfərin beşinci ildönümündə biz Azərbaycanın sevincini Türkiyə paytaxtının sakinləri və qonaqları ilə qürurla bölüşəcəyik”, - deyə T. Manafzadə bildirib.

Konsert proqramının aparıcısı, Azərbaycanın Əməkdar artisti İslam Manafov Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının bütün Türk dünyası üçün əhəmiyyətindən danışacaq. 

 

Baxış sayı: 29