XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
29/10/2020 06:18

XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi ədəbiyyatımız tarixində şərəfli yer tutub. O, milli romantizmin ideya-estetik prinsiplərini zəngin bədii yaradıcılıq təcrübəsində və ədəbi tənqidi əsərlərində əsaslandırıb.

Daima dahi şəxsiyyətlərimizi təbliğ edən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası bu dəfə “Məhəmməd Hadi” adlı sərgini virtual rejimdə istifadəçilərə təqdim edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Məhəmməd Hadinin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunub.

Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirib. Hadinin şeirlərində milli insan böhranı, milli varlıq problemi öz əksini tapıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mehemmed_Hadi/index.htm linkindən istifadə edə bilərlər.

 

Baxış sayı: 213